Search
Понедельник 20 Февраль 2017
  • :
  • :

«O deputatı istefa verməyə dəvət edirəm» — DAK İcra Aparatının rəhbəri

Baxılıb:17

 

13244798_853479874784859_8583209736563692538_n

Samir Adıgözəlli, DAK İcra Aparatının rəhbəri, BDM sədrinin I müavini

Astan Şahverdiyev – bu «qəhrəman deputat” neçə gündür gündəmimizi zəbt edib.

Açığı deyim ki, onun məlum qəhrəmanlığına qədər belə bir deputatın olduğunu bilmirdim. Əsl biabırçılıq da onun seçiciləri və Rusiyada yaşayan soydaşlarımız haqqında işlətdiyi söz deyil, məhz onun bu millətə, Milli Məclisə sırınmasıdır. Böyük ictimai qınağa gələn qəhrəman deputatın əsl həqiqətdə arxasında duranları tapmaq lazımdır.

Son illər şahidi olduğumuz bir sıra hadisələr baş vermişdir. Həmin hadisələr bəzi icra başçıları, nazirlər, məmurlar tərəfindən xalq  üsyana sövq edilmişdir. Quba və İsmayıllı hadisələri buna nümunədir. «Qəhrəman deputat”-ı da həmin məmurların sələfi saymaq olar.

Bütün bunlar dövlətə, millətə və ölkə başçısına açıq-açığına xəyanətdir. Görəsən bu xəyanətkarları himayə edib öz cilovunda saxlayanlar kimlərdir? Nəyə görə kifayət qədər dövlətçiliyə bağlı olan ölkə prezidenti İlham Əliyevin siyasi dəsti xəttini peşəkarcasına dəstəkləyən kadrların önə çıxmasına imkan verilmir?

Milli Məclisə seçdirdiyiniz onlarla deputatın adını nəinki adi vətəndaşlarımız, hətta dövlət məmurları və ictimaiyyət nümayəndələri belə tanımırlar.

Acı olsa da bu böyük bir həqiqətdir. Astan Şahverdiyev kimiləri deputat mandatından ancaq öz şəxsi mülk və obyektlərini, bizneslərini qorumaq üçün istifadə edirlər. Xaricdə yaşayan, xüsusilə Rusiya və Ukrayna kimi ölkələrdə işləyən soydaşlarımızın hansı çətinliklərlə çörək pulu qazandığını «qəhrəman deputat”  hardan bilsin?

O, hardan bilsin ki, həmin soydaşlarımız bəzən həyatlarını riskə ataraq Azərbaycan diasporunun həmin ölkələrdə formalaşması üçün böyük fədakarlıqlar göstəriblər. Bəlkə də bu «qəhrəman deputat”-ın «diaspor” sözünün anlayışından da xəbəri yoxdur. Yazıqlar olsun belə deputata, onunkimiləri bu xalqa və dövlətə sırıyanlara.

Millət vəkili kimi milli ləyaqəti olan insanlar seçilməlidir. Astan Şahverdiyevin əgər az da olsa milli ləyaqəti varsa, onu bu gün istefa verməyə dəvət edirəm.

mia.az