Search
Пятница 24 Март 2017
  • :
  • :

Dün­ya Azər­bay­can di­as­por­la­rı­nın mil­li par­la­mentlə­ri…

Baxılıb:16

sahin
«Bu ide­ya­nın ya­yıl­ma­sı­na ça­lış­ma­lı­yıq»
img
İs­ma­yıl Ağa­yev: «BDM xət­ti­lə ye­ni tə­si­sa­tın di­gər öl­kə­lər­də olan di­as­por­la­rı­mız tə­rə­fin­dən ya­ra­dıl­ma­sı ilə bağ­lı ma­a­rif­lən­dir­mə iş­lə­ri­ni güc­lən­di­rə­cə­yik»

Uk­ray­na­da Azər­bay­can di­as­po­ru­nun par­la­men­ti ya­ra­dı­lır. Bu ba­rə­də Uk­ray­na Azər­bay­can­lı­la­rı Konqre­sin­dən mə­lu­mat ve­ri­lib. Bil­di­ri­lir ki, Uk­ray­na Azər­bay­can­lı­la­rı Konqre­si ye­ni in­ki­şaf stra­te­gi­ya­sı­nı açıq­la­yıb. Tə­mə­li 1997-ci il­də Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konqre­si mü­a­sir tə­ləb­lə­ri nə­zə­rə ala­raq ni­zam­na­mə­sin­də bir sı­ra də­yi­şik­lik­lər edib.
Ki­yev­də bir ara­ya gə­lən Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konqre­si­nin ida­rə he­yə­ti və re­gi­o­nal təş­ki­lat­la­rı­nın sədrlə­ri konqre­sin gə­lə­cək fə­a­liy­yət proq­ra­mı­nı mü­za­ki­rə edib.
İc­las­da qo­naq qis­min­də iş­ti­rak edən Azər­bay­ca­nın Uk­ray­na­da­kı sə­fi­ri Azər Xu­di­yev Azər­bay­ca­nın döv­lət stra­te­gi­ya­sın­da mil­li di­as­po­ru­mu­zun in­ki­şaf et­di­ril­mə­si­nin əsas pri­o­ri­tet­lər­dən bi­ri ol­du­ğu­nu diq­qə­tə çat­dı­rıb. O, Azər­bay­can hə­qi­qət­lə­ri­nin, xü­su­sən də Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da Azər­bay­can di­as­po­ru­nun üzə­ri­nə dü­şən ta­ri­xi mis­si­ya­dan bəhs edib. Uk­ray­na­da fə­a­liy­yət gös­tə­rən Azər­bay­can ic­ma­la­rı­nı bir­lik və həm­rəy­li­yə səs­lə­yən A.Xu­di­yev Azər­bay­ca­nın mil­li döv­lət­çi­lik məf­ku­rə­si is­ti­qa­mə­tin­də fə­a­liy­yət gös­tə­rən hər bir soy­da­şı­mı­za sə­fir­lik tə­rə­fin­dən is­tə­ni­lən dəs­tə­yin ve­ri­lə­cə­yi­ni vur­ğu­la­yıb. Sə­fir son bir ay­da Su­mı, Ni­ko­la­yev və Ji­to­mir vi­la­yət­lə­ri­nə sə­fər et­di­yi­ni və sə­fər çər­çi­və­sin­də Azər­bay­can di­as­po­ru­nun sə­mə­rə­li fə­a­liy­yə­ti ilə ta­nış ol­du­ğu­nu bil­di­rə­rək, təd­bi­rə qa­tı­lan­la­rı qar­şı­dan gə­lən Ye­ni il və Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü mü­na­si­bə­ti­lə təb­rik edib.
Son­ra Konqre­sin ye­ni ni­zam­na­mə­si ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb. Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konqre­si­nin (BU­AK) səd­ri Röv­şən Ta­ğı­yev Uk­ray­na­da fə­a­liy­yət gös­tə­rən Azər­bay­can di­as­po­ru­nun fə­a­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si və mü­a­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun qu­rul­ma­sı üçün ye­ni in­ki­şaf proq­ra­mı­nın ha­zır­lan­dı­ğı­nı bil­di­rib. Uk­ray­na­nın 24 vi­la­yə­tin­də fə­a­liy­yət gös­tə­rən BU­AK-ın re­gi­o­nal təş­ki­lat­la­rı­nın va­hid mər­kəz­dən ida­rə olun­ma­sı, gə­lə­cək­də Uk­ray­na­nın seç­ki­li or­qan­la­rı­na, döv­lət və hö­ku­mət struk­tur­la­rı­na in­teq­ra­si­ya me­xa­niz­mi­nin tət­biq olun­ma­sı üçün Konqre­sin nəz­din­də nü­fuz­lu şəxslər­dən, elm və iş adam­la­rın­dan iba­rət par­la­men­tin ya­ra­dıl­ma­sı üçün qu­ru­mun ni­zam­na­mə­sin­də də­yi­şik­lik edil­mə­si­nin va­cib­li­yi­ni vur­ğu­la­yıb.
R.Ta­ğı­yev bil­di­rib ki, ni­zam­na­mə­yə əsa­sən, Konqre­sin Par­la­men­ti il­də ən azın­dan 2 də­fə top­la­şa­raq mil­li di­as­po­run qar­şı­sın­da du­ran mə­sə­lə­lə­ri mü­za­ki­rə edə­cək. Uk­ray­na üz­rə par­la­men­tin hər vi­la­yət­dən bir nə­fər ol­maq­la 30 nə­fər üz­vü se­çi­lə­cək. Konqre­sin vi­la­yət təş­ki­lat­la­rı­nın sədrlə­ri ni­zam­na­mə­yə olu­nan də­yi­şik­lik­lə­ri ge­niş mü­za­ki­rə edə­rək, təm­sil olun­duq­la­rı qu­ru­mun par­la­men­ti­nin ya­ra­dıl­ma­sı­nı səs çox­lu­ğu ilə qə­bul edib. Re­gi­o­nal təş­ki­lat­lar 2 ay müd­də­tin­də par­la­men­tin üzvlə­ri­ni se­çə­rək, mart ayın­da qa­nun­ve­ri­ci or­qa­nın ilk ic­la­sı­nı ke­çi­rə­cək. İc­las­da Konqre­sin par­la­men­ti­nin səd­ri və mü­a­vin­lə­ri se­çi­lə­cək.
Uk­ray­na­da­kı di­as­po­ru­mu­zun mil­li par­la­ment ya­rat­maq ide­ya­sı­nın di­gər öl­kə­lər­də də tət­bi­qi di­as­po­run in­ki­şa­fı üçün han­sı üs­tün­lük­lə­ri vəd edə bi­lər?
Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin səd­ri İs­ma­yıl Ağa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Uk­ray­na­da­kı di­as­po­ru­mu­zun be­lə bir tə­şəb­büs­lə çı­xış et­mə­si çox se­vin­di­ri­ci­dir: «Azər­bay­can di­as­po­ru­nun ən ak­tiv ol­du­ğu öl­kə­lər­dən bi­ri də Uk­ray­na­dır. Bi­zim hə­min öl­kə­də ya­şa­yan soy­daş­la­rı­mız­la da­im sıx tə­mas­la­rı­mız olur. Baş­qa öl­kə­lə­rə nis­bət­də Uk­ray­na­da­kı soy­daş­la­rı­mız da­ha mo­no­lit­dir. Be­lə mil­li par­la­men­tin ya­ra­dıl­ma­sı çox təq­di­rə­la­yiq­dir. Düz­dür, par­la­ment sö­zü bu­ra­da sim­vo­lik iş­lə­nir. An­caq bu bü­tün öl­kə­bo­yu olan di­as­por fə­al­la­rı­nın va­hid bir tə­si­sat­da bir­ləş­mə­si­nə şə­ra­it ya­ra­da­caq ki, ol­duq­ca məq­bul va­ri­antdır. İs­tər iş­lə­rin ko­or­di­na­si­ya­sı, is­tər­sə də di­as­por fə­al­la­rı­mı­zın bir-bi­ri­ni ya­xın­dan ta­nı­ma­sı ba­xı­mın­dan ol­duq­ca zə­ru­ri olan ad­dım­dır. Bu ide­ya­nın ya­yıl­ma­sı­na ça­lış­ma­lı­yıq. Biz də BDM xət­ti­lə ye­ni tə­si­sa­tın di­gər öl­kə­lər­də olan di­as­por­la­rı­mız tə­rə­fin­dən ya­ra­dıl­ma­sı ilə bağ­lı ma­a­rif­lən­dir­mə iş­lə­ri­ni güc­lən­di­rə­cə­yik. Əmi­nəm ki, ək­sər öl­kə­lər­də­ki di­as­por qu­rum­la­rı­mız bu ide­ya­nı dəs­tək­lə­yə­cək».
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

baki-xeber.com