Search
Пятница 24 Март 2017
  • :
  • :

Sevər “Mama,hanı saçım,qoy yerinə”

Baxılıb:13

Ana fəryadı

Qtv.az bildirir ki Azadinfo.az saytının e-mail ünvanına daxil olan bir ananın göz yaşları ilə yazılanları sizlərə olduğu kimi təqdim edirik.

“Mən bu şəkildə gördüyünüz balamın anasıyam.Deyirlər analar hər şeyə qadir olur.Balasını hər şeydən qoruyur,amma mən balamı bu xəsdəlikdən qoruya bilmədim.Sevərin indi iki yaşı var,hələ iki aydır ki onun yaşı tamam oldu.Balam hələ heçnə yaşaya bilmədən bu xəsdəliklə mübarizə aparır.Düz bir aydır biz bunu öyrəndik.Diaqnozu “Kəsgin leykoz” həm qanında həm iliyində.İranda müalicəsinə başladıq.Bədənində qanı 30% qalmışdı.heç yerdən damarına düşə bilmirdilər.Ürəyinin üsdündən port qoydular.Kimi görsə gösdərir,deyir “ağrıyır” Amma mən çarəsiz baxıram, əlimdən heçnə gəlmir.Sadəcə ağlayıram.Düzdü bu dərdi Allah verib amma dərmanıda var.Balam hələ balacadı.Nə mən ondan doydum nə o məndən.Sizə yalvarırıam birinci Allahdan sonra sizdən balamı isdiyirəm.Mən hələ ona heçnə gösdərə bilmədim.Mən Mərdəkanda qalıram çox heyif bu günə kimi ona dənizi göstərmədim,qardaşının velosipedi var hey ona minmək istəyirdi onuda öyrədə bilmədim.İndi ximiyadan saçları tökülüb,elə hey güzgüyə baxıb deir “mama hanı saçım qoy yerinə” tökülən saçları yığdım əlimnən alıb başına qoyurdu.Ana olan hər kəs bilər bu nə deməkdir.Mənim 32 yaşım var.Amma baxan hamı mənə deirki heç verməy olmaz.Həyatda bu yaşıma kimi Allahtaladan heçnə istəmədim,həmişə şükür elədim.Amma indi istəyirəm,yəqin haqqım var buna.Çünki Sevər yaşamağa laiq baladı.Onun gülüşü kəsilsə mənimdə həyatım sönər.Bu həyatda ən çox Sevər qardaşını istəir.Onunla nəfəs alır.İrandada dilindən düşmürdü.Onu qardaşından ayrılmağa qoymayın.Sizə bir ana kimi yalvarıram,inanın ki artıq taqətim qalmayıb,gözlərimində taqəti qalmayıb.Artıq bir aydır ki yatmıram,qorxuram yatsam nəsə olar.Əlimdən bir şey gəlmir”

Sevərin anası Günel xanım ilə əlaqə saxladıq.Müalicəsi İranda aparılır.Müalicəsi üçün hər ay 10 000 manat pul tələb olunur.Həkimlərin dediyinə görə 3 il ərzində müalicəsi bu yolla gedərsə 70% sağalma ehtimalı var.Qeyd edək ki Sevərin qardaşı Emil də qan xəstəliyinnən əziyyət çəkir.

Sevərin adına bank hesabı açılıb.Kimin nəyə gücü çatırsa köməkliyimizi əsirgəməyək.

TEL: 055-495 00 98 070-941 57 42

AZN

ADI: DəmirBank Ə.İ Filialı

KODU: 508308

VÖEN: 9900001471

MÜXBİR HESAB: AZ85NABZ01350100000000011944

S.W.I.F.T BIK: AZERAZ22

GÖZƏLOVA GÜNEL AĞAZAİD QIZI

İBAN=AZ42AZER703954640002AZN41010

70395464-2 MilliÖn

ana-f%c9%99ryadi-1 ana-f%c9%99ryadi-2 ana-f%c9%99ryadi-3 sev%c9%99r sev%c9%99r-1 sev%c9%99r-2 sev%c9%99r-3 sev%c9%99r-4 sev%c9%99r-5 sev%c9%99r-6